Bakıda anbardan külli miqdarda oğurluq edilib.Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nərimanov rayonu ərazisindəki mağazalardan birinin anbarından 76000 manat dəyərində elektrik naqili oğurlanıb.Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Haqverdiyev saxlanılıb.Araşdırma aparılır.
Bakıda anbardan 76 minlik OĞURLUQ
