Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.Görüş BMT sessiyasının keçirildiyi Nyu-York şəhərində yerləşən “Türk Evi”ndə baş tutub. Görüşdə beynəlxalq və regional məsələlər, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib.
Ərdoğan ilk dəfə Netanyahu ilə görüşdü
