Cəmiyyət

Ermənilərin Ağdamda öldürməyə cəhd etdiyi ekskavatorçunun SON DURUMU

Ötən gün terror hücumu nəticəsində Ağdamda yaralanan ekskavator operatorunun müalicələri davam etdirilir.Qəlpə yaraları alan Mehman Həsənov Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Sağ diz nahiyəsinin və sol dirsək nahiyəsinin kor qəlpə yaralanması diaqnozu ilə gətirilən xəstənin yaraları cərrahi işlənilib. Lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabildir.Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iri çaplı silahlardan, o cümlədən, minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər