Ermənistanda etiraz aksiyaları davam edir və yaralananların sayı artıb.Erməni mətbuatı xəbər verir ki, Nazirlər Kabinetinin binasının qarşısında keçirilən etiraz aksiyası zamanı yaralananların sayı 36-ya çatıb.Yaralananlardan bir hissəsi xəstəxanalara yerləşdirilib.Qeyd edək ki, Ermənistanda etiraz aksiyalarında 16 nəfər tutulub. Onlardan 11 nəfər hökumət binasının qarşısında, 5 nəfər isə Rusiyanın İrəvandakı səfirliyinin qarşısında saxlanılıb.
Ermənistanda etiraz aksiyalarında 36 nəfər yaralanıb
