Hadisə

İmişlidə narkotik əkib-becərən tutuldu – FOTO

İmişlidə keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər çərçivəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs müəyyən edilib.DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Muradxanlı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nəcəfov saxlanılıb.Onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı çöllük sahədə sonuncu tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 152 kiloqram olan 47 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.