Dünya

Kadırova həqiqətən nə olub? – Keçmiş “KQB” agentindən İKİ VERSİYA

Dövlət Təhlükəsizlik Komitəsi (KQB) və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov Çeçenistan lideri Ramzan Kadırovun vəziyyət ilə bağlı fikirlərini bölüşüb.Xarici medianın xəbərinə görə, Onun fikrincə, Kadırovu Rusiya xüsusi xidmət orqanları zəhərlənə bilər, ya da özü qadağan olunmuş maddələrdən istifadə etməyə başlayıb ki, bu da onun səhhətini xeyli pisləşdirib. O qeyd edib ki, əgər Kadırov həqiqətən də zəhərlənibsə, deməli, xüsusi xidmət orqanları bunda konkret məqsəd güdüblər.Jirnov hesab edir ki, Kadırov ölsə, prezident Vladimir Putinin xeyri olmayacaq, xüsusən də indiki məqamda. Bununla belə, o, Kreml rəhbəri üçün tərəfdarını “qorxutmağın” faydalı olduğunu istisna etmir.“Əgər bu, Federal Təhlükəsizlik Xidmətinin zəhərləsimədirsə, deməli, onu öldürmək üçün etməyiblər… Onu (Kadırov – red.) yüngülcə zəhərləyə bilərdilər ki, şişsin, problem yaşasın. böyrəkləri ilə, hər həftə hemodialize ehtiyac duysun”, – keçmiş DTK zabiti bildirib.Eyni zamanda ekspert Kadırovun narkotik vasitələrdən istifadə edə biləcəyini də istisna etmir.Jirnovun sözlərinə görə, Kadırov Çeçenistanda bir növ müqavilənin icrası ilə məşğuldur, regiona nəzarət edir, həm də özünə istədiyini etməyə imkan verir. O vurğulayıb ki, Çeçenistan liderinin yoxa çıxması Putin üçün sərfəli deyil, çünki onun üçün “tabe edilmiş” Kadırov daha sərfəlidir.“O, Priqjinə baxaraq həyasızlaşmışdı, onun ambisiyaları var idi ki, düşünürdü ki, mən də silahlılarımla Moskvaya gəlib eyni iğtişaş törədə bilərdim.Bunun baş verməməsi üçün onu yüngülcə zəhərləmək olardı”, – Jirnov vurğulayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin