Azərbaycan və Qarabağ separatçıları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə hərbi əməliyyatların tam dayandırılması barədə razılığa gəlib.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlıumat yayıb.“Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə Qarabağ nümayəndələri arasında hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub. Bu sazişlərin icrası Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılaraq həyata keçiriləcək”, – deyə nazirliyin bəyanatında qeyd olunur.Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti ağırlaşdırılmış şəraitdə öz funksiyalarını yerinə yetirməkdə davam edir.“Qarabağın mülki əhalisinə hər cür köməklik göstərilir. Həkim dəstəsinin yerləşdiyi sülhməramlıların baza düşərgəsində hazırda 1049-u uşaq olmaqla 2261 mülki şəxs var.Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri, Qarabağın nümayəndələri ilə lazımi səviyyədə sıx təmasdadır.Qan tökülməsinin qarşısının alınması, mülki şəxslərə münasibətdə humanitar qanunlara riayət edilməsi, habelə Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyinin təmin edilməsi müzakirə olunur”.
Rusiya MN atəşkəs razılaşmasını təsdiqlədi
