Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktı nəticəsində həlak olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi Vidadi Fərhadov dəfn edilib.Report xəbər verir ki, mərhumun nəşi Abşeron rayonunun Mehdiabad qəsəbəsində şuşalıların dəfn olunduğu məzarlıqda torpağa tapşırılıb.Dəfn mərasimində mərhumun ailə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şuşada həlak olan mülki şəxs dəfn edildi
