Dünya

19 il sonra Çinə səfər etdi

Suriya Prezidenti Bəşər Əsəd vətəndaş müharibəsi və xaosun hökm sürdüyü ölkəsindən 19 il sonra ilk dəfə Asiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çinə gedib. Xarici media xəbər verir ki, Əsəd sonuncu dəfə Çinə 2004-cü ildə səfər edib. O, oyunların açılış mərasimindən sonra Çin Prezidenti Si Cinpinlə görüşəcək. Bəşər Əsədi bu səfərində xanımı Əsma Əsəd müşayiət edir. Məlumata görə, Əsəd diplomatik təcriddən çıxış yolu tapmaq üçün Çinə gedib. Belə ki, ABŞ, Avropa, Avstraliya, Kanada və İsveçrə 10 ildən çoxdur Əsədə sanksiyalar tətbiq edib. Onlardan biri də diplomatik təcriddir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin