Dünya

24 saatlıq lokal əməliyyatda 200 erməni hərbçisi ölüb, 5 min erməni təxliyə edilib

Rusiya sülhməramlı kontingenti keçmiş “Dağlıq Qarabağ”ın üç rayonundan: Ağdərə, Xocavənd və Əsgərandan 5 min insanı təxliyə edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Onlar sülhməramlıların olduğu yerə çatdırılıb.Hərbi idarə qeyd edib ki, Rusiya tərəfi “qanın tökülməsinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi və mülki şəxslərə münasibətdə humanitar qanunlara riayət edilməsi məqsədi ilə Bakı, İrəvan və Xankəndi ilə davamlı qarşılıqlı fəaliyyəti” davam etdirir.Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağda lokal antiterror tədbirlərini başlayıb. “Dağlıq Qarabağ”ın insan haqları üzrə müvəkkili Geqam Stepanyanın sözlərinə görə, azı 200 nəfər həlak olub, 400 nəfər yaralanıb. Sentyabrın 20-də bir neçə rus sülhməramlısı həlak olub (dəqiq sayı barədə məlumat verilmir). Onlar atıcı silahlardan atəşə tutulub.Sentyabrın 20-də saat 13:00-dan etibarən Qarabağda atəşkəs elan edilib. Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatının başa çatdığını elan edib. “Dağlıq Qarabağ” ordusu da öz növbəsində birtərəfli qaydada silahı yerə qoymaq və atəşi dayandırmaq qərarını açıqlayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin