Hadisə

Bakıda qadın əcnəbi ərini bu səbəbə görə bıçaqladı – CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlamaqda təqsirləndirilən K.Yaprakın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, K.Yaprak 29 mart 2023-cü il tarixdə, saat 12:00 radələrində Bakıda yaşadıqları evdə Türkiyə vətəndaşı olan həyat yoldaşı M.Yaprakla mübahisə edib. Mübahisəyə səbəb isə kişinin əvvəllər yaşadıqları Türkiyəyə qayıtmaq təklifinə qadının etiraz etməsi olub. Daha sonra M.Yaprak arvadının ünvanına nalayiq ifadələr işlədib, eləcə də onun baş və sifət nahiyəsinə əli ilə vurmaqla döyüb. Bu zaman K.Yaprak əsəbiləşərək mətbəxdən götürdüyü bıçaqla həyat yoldaşının qarın nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə M.Yaprakın qaraciyəri zədələnib. İstintaq dövründə K.Yaprakın barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb və onunla bağlı polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.