Cəmiyyət

Faiq Ağayev Snop Doqu ələ saldı – “Yevlaxa gəl”

Bir neçə gün öncə tanınmış reper Snop Doqun Azərbaycana qarşı hörmətsizlik etməsi barədə xəbər yayılmışdı. Belə ki, o, öz sosial şəbəkə hesabında “Mənim sevimli erməni xalqım. Mən sizi düşünürəm və Ermənistandakı, Artsaxdakı eləcə də dünyanın hər yerindəki bütün erməni xalqına sevgilər göndərirəm. Mən sevgi və sülh gətirirəm, hər kəsə güc diləyirəm. 23 sentyabrda gəlirəm”, yazmışdı.O, qondarma respublikada “check in” edərək, “Artsax”ı ayrı bir respublika kimi qeyd etmişdi. Ermənistanda vəziyyətin qarışıq olması səbəbi ilə reperin konsertinin ləğv olunması məsələsi gündəmə gəlib.Azərbaycanın Xalq artisti Faiq Ağayev Snop Doqla bağlı paylaşım edərək, onu zarafatla Yevlaxa dəvət edib.“Yevlaxa gəl YevlaxaTüstü sal seyrangaha”İzləyiciləri zarafatla Faiq Ağayevin mahnı qoşmaq məsələsində Rövşən Binəqədiliylə yarışdığını yazıblar. Xalq artisti Binəqədilinin daha operativ olduğunu söyləyib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər