Dünya

“İmzalanmış müvafiq sənədlərə görə tənqid olunuram” – Paşinyan

“Son zamanlar xarici və regional siyasət apararkən 1991-ci ilin dekabrında qəbul edilmiş Alma-Ata Bəyannaməsinə və Ermənistan Respublikası tərəfindən də imzalanmış müvafiq sənədlərə əsaslandığıma görə tez-tez tənqid olunuram”.Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Respublikasının müstəqilliyinin 32-ci ildönümü münasibətilə müraciətində deyib. Onun sözlərinə görə, çoxları birbaşa və dolayı yolla həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırır: “Problem ondadır ki, Alma-Ata Bəyannaməsi və onunla bağlı sənədlər Ermənistan Respublikasının müstəqilliyinin fundamental amillərindən biridir və burada keçmiş SSRİ-nin 12 respublikasının, o cümlədən Ermənistan Respublikasının müstəqilliyinin siyasi və hüquqi əsasları qeyd olunur. Bu şərtlərin tam olması üçün sülh, yəni münaqişəsiz bir mühit lazımdır. Sülh müstəqillik və suverenliklə bərabər təhlükəsizliyi təmin edən amildir.Çoxları hesab edir ki, bu gərgin regional şəraitdə, vaxtaşırı hərbi toqquşmalar fonunda sülhdən danışmaq adekvat deyil. Amma bundan da artıq bu şəraitdə sülhə dəyər verilməli, sülhü atəşkəslə qarışdırmaq olmaz”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin