Cəmiyyət

Mingəçevirdə bu müəssisənin fəaliyyəti dayandırıldı – FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Mingəçevir şəhərində fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsində yoxlama aparıb.Bu barədə “Unikal”a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.Yoxlama zamanı şəhərin H.Hüseynov küçəsi, 6 ünvanında fiziki şəxs Camalov Ruslan Valeh oğluna məxsus müəssisədə qida təhlükəsizliyinə dair normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Müəssisədə sanitar-gigiyenik tələblərə əməl olunmadığı, məhsulların istehsalı və emalı zamanı baytarlıq sanitariya tələblərinin gözlənilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub.Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, həmçinin süd və süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər