Dünya

“NATO regional ittifaq olaraq qalacaq” – Stoltenberq

“Şimali Atlantika Alyansı (NATO) regional blok olaraq qalacaq və qlobal miqyasda, Avropa qitəsindən kənarda genişlənmək niyyətində deyil”.”Unikal” xəbər verir ki, bunu ABŞ-də Xarici Əlaqələr Şurasında çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.”NATO regional ittifaq olaraq qalacaq, yalnız Avropa ölkələri qoşula bilər. NATO 5-ci maddənin (kollektiv müdafiə prinsipi) tətbiqi üzrə qlobal alyans olmayacaq”.Eyni zamanda o, təhlükəsizlik probleminin regional deyil, qlobal olduğunu vurğulayıb. Ona görə də, onun sözlərinə görə, NATO alyansa üzv olmayan bir çox ölkələrlə, o cümlədən Avstraliya, Yeni Zelandiya və Yaponiya ilə əməkdaşlıq edir.”Bu o demək deyil ki, onlar alyansa üzv olacaqlar. Bu o deməkdir ki, biz birlikdə işləyirik”, – deyə Stoltenberq əlavə edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin