Cəmiyyət

“Qarabağ erməniləri silahlı qüvvələrini tərksilah edirlər” – Hikmət Hacıyev

“Bu, məhdud bir əməliyyat idi, nəticədə hərbi infrastruktur böyük ölçüdə zərərsizləşdirildi. Və bu gün biz şadıq ki, Azərbaycan tərəfindən hərbi əməliyyatlar dayandırılıb. Qarabağ ermənilərindən də bizə məlumat daxil olub ki, onlar yerlərdə silahlı qüvvələrini tərksilah edirlər”.Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”a müsahibəsində eyib. Hikmət Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan öz niyyətini çox açıq şəkildə bildirib: “Bakı açıq şəkildə bəyan edib ki, əgər onlar tərksilah olsalar və ya bu qərara gəlsələr, o zaman Azərbaycan dəfələrlə ölkənin müxtəlif şəhərlərində dialoqa dəvət etdiyimiz Qarabağ erməniləri ilə dərhal təmaslara başlamağa hazırdır. Dünən Azərbaycan Prezidentinin Administrasiyası bəyanat yayaraq, bizim onları reinteqrasiya məsələlərini müzakirə etmək üçün dəvət etdiyimizi bir daha təsdiqlədi.Biz sülh gündəmini dəstəkləyirik və hesab edirik ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi nə qədər tez bağlansa, bütün region üçün bir o qədər yaxşıdır. Azərbaycan da inteqrasiya olunmuş Qafqaz regionu konsepsiyasını dəstəkləyir. Ermənistan ərazi iddiaları ilə çıxış etməkdənsə, qonşuları ilə mehriban qonşuluq münasibətlərinə can atmalıdır”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər