Cəmiyyət

“Doğulduğum Xankəndiyə gedib…” – Fəxrəddin Manafov

“O gün bütün gecəni sabaha qədər nə televizorun, nə də ki, internetin qarşısından ayrıla bilirdim, çünki bu, vacib an idi. Bu, nəticədir. Bu, 44 günlük, müzəffər günümüzün nəticəsidir. Ən vacibi də odur ki, Xankəndi şəhərində dünyaya gəlmişəm, gözümü açmışam. Bu mənim, bütün Azərbaycan, dünya azərbaycanlıları və türk milləti üçün çox böyük sevindirici andır. Allaha çox şükür!”Bu sözləri Xalq artisti Fəxrəddin Manafov “Sabahın xeyir, Azərbaycan!” verilişinə müsahibəsində deyib.O əlavə edib: “Çox xoşbəxtəm”. Xankəndidə anadan olan F.Manafov doğma torpağına gedəcəyi günün çox yaxından olduğunu vurğulayıb:“Şuşada və Füzulidə oldum. İnşallah, o günü gözləyirəm ki, nəhayət, doğulduğum Xankəndiyə də gəlib, oradan aşağı düşüb Həsənabad kəndində o torpaqlarımızı (kövrəlir) öpüb, gözümə qoyacağam”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər