Cəmiyyət

Generalın yerinə təyin olunan şəxs əvvəllər bu nazirin işçisi olub

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəis müavini, general-mayor Məhərrəm Qafarov vəzifəsindən azad olunaraq, yerinə polkovnik Nofəl Əsədov gətirilib. Qaynarinfo-ya Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən Nofəl Əsədovun kimliyi ilə bağlı maraqlı məlumat daxil olub. 29.04.1982-ci il tarixdə Bakı şəhərində anadan olan Nofəl Əsədov uzun illər Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirlyində müxtəlif vəzifələrdə çalışıb. Son iş yeri isə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, general-mayor Adil Abdullayevin rəhbərlik etdiyi qurum olub. Nofəl Əsədov FHN-nin Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin Əməliyyat Şöbəsinin müdiri vəzifəsində çalışırmış.Qeyd edək ki, 20.09.2023-cü il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə ədliyyə polkovniki Novəl Əsədova Penitensiar Xidmətin rəis müavini vəzifəsinin icrası həvalə edilib. Onun atası Abbas Əli Əsədov isə iş adamı olub.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər