İndoneziya sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.”Unikal” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 89 min insanın yaşadığı Tual şəhərindən 376 km cənub-qərbdə yerləşib.Zəlzələ ocağı yerin 161 kilometr dərinliyində olub.Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.