Hadisə

Salyanda mikroavtobus kanala aşıb, ölən və yaralanan var – YENİLƏNİB

Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.Daxili İşlər Nazirliyinin (DİN)Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu gün səhər saatlarında Salyan rayonunun Xalac kəndi ərazisində həmin kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Gözəlov idarə etdiyi “Ford” markalı mikroavtobusla hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı su kanalına aşırıb.Hadisə nəticəsində mikroavtobusda sərnişin qismində olan Xalac kənd sakini, 1962-ci il təvəllüdlü B.Eyyubova həyatını itirib, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Faktla bağlı araşdırma aparılır.

Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Parça Xələc kəndi ərazisində qeydə alınıb.Belə ki, hərəkətdə olan “Ford” markalı mikroavtobus anidən idarəetmədən çıxaraq yolun kənarındakı kanala aşıb.İlkin məlumata görə, qəza zamanı Dəyanə Mükafat qızı Eyyubova hadisə yerində dünyasını dəyişib.Hazırda meyitin çıxarılması istiqamətində tədbirlər görülür.Faktla bağlı araşdıra aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.