Dünya

Şiddətli öskürək qadının qabırğalarını sındırdı

Çindən olan 32 yaşlı qadın şiddətli öskürək səbəbiylə qabırğasını sındırıb.Xarici medianın xəbərinə görə, Çjetsyan əyalətinin Hançjou şəhərindən olan Lu adlı qadın öskürək tutmağa başlayanda yatdığını söyləyib. Oyananda Lu şiddətli ağrı səbəbindən həkimə müraciət etdi.Həkimlər xəstənin döş qəfəsinin tomoqrafiyasını aparıblar və sağ tərəfdə qabırğanın sınığını aşkar ediblər. Bu, ağır öskürək tutmasının və Lunun osteoporoz diaqnozu, sümüklərin ləng məhv edilməsi prosesinin nəticəsi olub. Xəstəliyə qadının orqanizmində D vitamini çatışmazlığı səbəb olub ki, bu da kalsiumun zəif mənimsənilməsindəndir. Həkimlərin sözlərinə görə, Lunun D vitamini çatışmazlığına səbəb onun həddindən artıq günəşdən qorunması olub. Qadın müntəzəm olaraq günəşdən qoruyucu kremlərdən istifadə edir, papaqlar, onu ultrabənövşəyi şüalardan qoruyan paltar geyinir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin