Hadisə

Təslim olan erməni döyüşçülərinin aqibəti necə olacaq? – Rəsmi açıqlama

Azərbaycan silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutur. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Reuters”ə deyib. O, hətta keçmiş döyüşçülərə də bunun tətbiq edilməsinin mümkünlüyünü ifadə edib. “Hazırda biz görürük ki, bəzi ayrı-ayrı ordu qrupları və zabitlər bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər”, – Hikmət Hacıyev deyib. O, Qarabağ ermənilərinin humanitar yardım istədiklərini və bölgəyə çatdırıldığını bildirib. O qeyd edib ki, Azərbaycan Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istəyir. Xatırladaq ki, bu gün müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.