İranda ziyarətgaha hücumda ittiham edilən Tacikistan vətəndaşına edam cəzası verilib. Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Fars əyalətinin baş hakimi Seyid Kazım Musəvi deyib: “Şahçıraq ziyarətgahının zəvvarlarına və işçilərinə silahlı hücumda təqsirləndirilən tacikisanlı Mustafa Əsləm Yar iki dəfə ölüm cəzasına məhkum edilib”. Qeyd edək ki, məhkəmə təqsirləndirilən ikinci və üçüncü şəxslərin hər birini 5 il müddətinə azadlıqdan məhrum etmə və İrandan deportasiya cəzasına məhkum edib.
Ziyarətgaha hücum edən şəxsə edam cəzası verildi
