Cəmiyyət

“Hazırda qanunsuz birləşmələrin tərk-silah edilməsi prosesi aparılır” – Anar Eyvazov

Şuşa şəhərinin ətrafında lokal antiterror tədbirləri həyata keçirildiyi dövrdə tərk edilmiş qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus döyüş mövqelərindən və məntəqələrin birindəyik.
Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
Obildirib ki, Azərbaycan Ordusu lokal antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib. Azərbaycan Silahlı Qüvvələri 24 saatdan az müddətdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqları və qanunsuz erməni silahlı birləşmələri ilə razılıq əldə edilib.
“Razılığa əsasən, hazırda qeyri-qanuni birləşmələrin tərk-silah edilməsi prosesi həyata keçirilir. Eyni zamanda, Azərbaycan Ordusu tərəfindən ərazinin minalardan təmizlənməsi işləri aparılır”, – deyə Anar Eyvazov qeyd edib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər