Cəmiyyət

Soyuqdəyməni aradan qaldıran içkilər

Həkimlər soyuqdəyməni aradan qaldıran sadə içkiləri açıqlayıb.
Xarici mətbuat xəbər verir ki, mövsümi soyuqdəymə ilə mübarizənin sadə və təsirli yolları var. Bunlardan biri də kifayət qədər maye qəbul etməkdir.
Mütəxəssislərin fikrincə, xəstə olarkən qəhvə əvəzinə çay içmək məsləhətdir. Çayın istiliyi boğaz ağrısını aradan qaldırmağa kömək edir. Bundan əlavə, çay mədə narahatlığını sakitləşdirir.
Limonlu su da sağlam bir içkidir. Bədəni nəmləndirir və burnun tutulmasının qarşısını alır. Limonun tərkibində C vitamini var ki, bu da müntəzəm istehlak edildikdə soyuqdəymənin qısa zamanda ötüşməsinə səbəb olur.
Xəstə olarkən tərkibində çox miqdarda şəkər olan meyvə şirələri istehlak üçün tövsiyə edilmir. Bu cür içkilər boğaz ağrısını artıra bilər.
Həmçinin alkoqol istehlakı azaldılmalıdır. Çünki spirtli içki ürəkbulanma, baş ağrısı və bədən ağrıları kimi xəstəliyin bəzi əlamətlərini şiddətləndirə bilər.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər