Dünya

Ərdoğan sabah Naxçıvana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevin dəvəti ilə sentyabrın 25-də Naxçıvana səfər edəcək. 
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. 
Qeyd olunub ki, antiterror əməliyyatı uğurla başa çatdıqdan sonra Ərdoğanın Naxçıvana səfəri böyük əhəmiyyət kəsb edir.
Ölkə liderləri arasında ikitərəfli və nümayəndə heyətləri ilə görüşlər keçiriləcək. Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, Zəngəzur dəhlizi və iki ölkə üçün ortaq maraq kəsb edən regional, eləcə də beynəlxalq hadisələr müzakirə olunacaq. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin