Dünya

ABŞ-də daha bir insana donuz ürəyi köçürüldü

ABŞ-nin Merilend Universitetində insana ikinci dəfədir ki, geni dəyişdirilmiş donuz ürəyi transplantasiya edilib.Deutsche Welle radiosu xəbər verir ki, bundan öncəki pasient donuz ürəyi ilə iki ay yaşaya bilib.Merilend Universiteti Tibb Mərkəzinin mütəxəssisləri insana donuz ürəyinin transplantasiyası üzrə tarixdə ikinci əməliyyatı uğurla həyata keçirib. Əməliyyatdan sonra Hərbi Dəniz Qüvvələrinin 58 yaşlı veteranı Lourens Fosettə köçürülən ürək hər hansı bir xarici qurğu qoşulmadan normal işləməyə başlayıb və pasient sərbəst nəfəs ala bilib.Lourens Fosett əvvəllər keçirdiyi ürək-damar xəstəliyi və daxili qanaxma ilə bağlı ağırlaşma səbəbindən insan ürəyi transplantasiyasına yararlı olmayıb. O, əməliyyatdan sonra orqanizminin donor orqanına uyğunlaşması üçün xüsusi preparatlar qəbul edir.Bundan öncəki analoji əməliyyat 2022-ci ildə də həmin tibb mərkəzində aparılıb. Donuz ürəyi köçürülən 57 yaşlı pasient iki aydan sonra həyatını itirib.Geni dəyişdirilmış heyvan orqanlarının insanlara köçürülməsi donor orqanı çatışmazlığı problemini həll etməyə yönəlib. Hazırda təkcə Birləşmiş Ştatlarda orqan transplantasiyası növbəsinə dayananların sayı 100 mini ötüb. Bir müddət öncə Nyu-York Universiteti nəzdində fəaliyyət göstərən Lanqon Tibb Mərkəzində beyin ölümü diaqnozu ilə daxil olan pasientə donuzun qara ciyəri köçürülmüşdü. Heyvan orqanı insan orqanizmində rekord müddətdə – 61 gün işləmişdi.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin