Hadisə

Kişi qonşusunu qadına görə güllələdi

Moskvada 45 yaşlı kişi qonşusunu güllələyib.Xarici media xəbər verir ki, hadisə Yeqoryevski şəhərində baş verib. İki qonşu, 36 yaşlı maşın avadanlıqları satıcısı və 45 yaşlı maşın ustası gecə yarısı qadınla münasibət üstündə mübahisə ediblər. Sonra dava edən kişilərdən biri evə gedib, ikincisi isə silahını öz evindən götürüb 1-ci mərtəbədəki mənzilin açıq pəncərəsindən rəqibini güllələyib. Bundan sonra özü polisə müraciət edib. Qətldə şübhəli şəxs saxlanılıb, onun əvvəllər də xuliqanlıq maddəsi ilə məhkum olunduğu məlum olub.Fakt araşdırılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.