Hadisə

Şabranda qadın dəm qazından boğularaq ölüb

Şabran rayonunda 55 yaşlı qadın dəm qazından boğulub.“Report”un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Dəvəçikənd sakini, 1968-ci il təvəllüdlü Rəsmiyyə Qazəhməd qızı Əhmədova yaşadığı evdə hamam otağında huşsuz vəziyyətdə tapılıb.Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıblar. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərildikdən sonra o, Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.