Dünya

ABŞ Putini bu sammitə dəvət etmədi

ABŞ ikitərəfli kanallar vasitəsilə Vaşinqtonun bir sıra liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putini San-Fransiskoda keçiriləcək APEC sammitinə dəvət etmək niyyətində olmadığı barədə məlumatı Rusiyaya çatdırıb. Buna cavab olaraq Moskva ABŞ-yə sorğu göndərərək ondan APEC-in sədri dövlət kimi üzərinə düşən vəzifələri yerinə yetirməsini və Putinə dəvət göndərməsini tələb edib.Rus mətbuatı xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və Rusiyanın APEC-dəki yüksək vəzifəli nümayəndəsi Marat Berdıyev bildirib. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml Putinin APEC sammitinə dəvət ediləcəyini gözləmir və Rusiyanın mümkün iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin