“Real”a başçılıq edən italiyalı mütəxəssis Karlo Ançelotti “Kral klubu” ilə müqavilənin mümkün uzadılması ilə bağlı sualı cavablandırıb.“Müqaviləmi uzatmaq istərdimmi? Mən “Real”da çox xoşbəxtəm, bunu hamı bilir. Amma indi bunun vaxtı deyil”, – Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Ançelotti deyib.Xatırladaq ki, italiyalı mütəxəssis 2021-ci ildə Madrid klubuna qayıdıb. Bu müddətdə “Real” La Liqa, İspaniya Kuboku və Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.İtalyan mütəxəssisin hazırkı müqaviləsi 2024-cü ilin ortalarında başa çatır.
Ançelotti “Real” ilə müqaviləsini uzadacaq? – CAVAB
