Dünya

Bolqarıstanın sabiq prezidenti İlham Əliyevi təbrik etdi

2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Sizi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün tam təmin olunması istiqamətindəki davamlı fəaliyyətiniz və əldə etdiyiniz tarixi nailiyyətlər münasibətilə təbrik etməkdən böyük şərəf hissi duyuram.Mən Sizin Qarabağda yaşayan ermənilərin reinteqrasiyası prosesi, onların hüquqlarına zəmanət verilməsi ilə bağlı mövqeyinizi, həmçinin müxtəlif mədəniyyətlərə və dini inanclara münasibətinizi tam şəkildə dəstəkləyir və yüksək qiymətləndirirəm. Azərbaycanın müxtəlif etnik və dini icmalar arasında anlaşmaya göstərdiyi diqqət və dəstəkdən qurur duyuram.Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin