Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus C.Cavadov adına Kürağzı Nərə Balıqartırma Zavodu və Şirvan Nərə Balıqartırma Zavodu ləğv olunur.Bu barədə nazirlik xəbər verir.Məlumata görə, bununla bağlı qərar sentyabrın 19-da qəbul olunub. Qərara əsasən, Ləğvetmə Komissiyası yaradılıb. Komissiyanın sədri Rəşad Allahverdiyevdir.Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 35 ünvanına bildirə bilərlər.
Dövlətə məxsus iki nərə balıq artırma zavodu ləğv olunur
