Dünya

Ronaldo evləndi, toyuna 400 qonaq dəvət etdi

İkiqat dünya çempionu və 2 “Qızıl top”un qalibi olan braziliyalı Ronaldo yeddi illik münasibətdən sonra model Selina Loks ilə ailə həyatı qurub. Bu barədə “Marca” məlumat yayıb. Toy dünən, sentyabrın 25-də olub. Toy mərasimi İbizada, “Es Cubell” kilsəsində baş tutub. Qeyd olunur ki, toydan sonra Ronaldonun şəxsi evində 400 qonağın iştirak etdiyi şənlik təşkil olunub. “Bu gün biz ailələrimizi şəxsi bayramımıza topladıq. Beləliklə, emosiyalarla dolu bir həyata qədəm qoyuruq” – deyə yeni evlənənlər sosial şəbəkə hesablarında paylaşım ediblər. Qeyd edək ki, Braziliya millisinin heyətində Ronaldo 99 oyun keçirib, 62 qol vurub və 25 qolun ötürməsini verib. O, 1994-2011-ci illərdə yığmanın formasını geyinib. Sabiq forvard 2 dəfə dünya çempionatının (1994,2002), 2 dəfə Amerika Kubokunun (1996/1997, 1998/1999) qalibi olub.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin