Dünya

Rusiya Rövşən Əsgərovu yenidən CƏRİMƏLƏDİ

Moskvanın Savyolovo Rayon Məhkəməsi “Nə? Harada? Nə vaxt?” televiziya şousunun keçmiş oyunçusu Rövşən Əsgərovu paylaşımlarında “xarici agent” qeydini etmədiyinə görə yenidən 40 min rubl (705 manat ) cərimələyib.”Unikal” xəbər verir ki, avqust ayında məhkəmə onu Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsi (xarici agentin fəaliyyəti qaydasının pozulması) ilə sosial şəbəkələrdə “xarici agent” qeydi etmədən yazılara görə eyni məbləğdə artıq cərimələyib.Əsgərov 2022-ci ilin dekabrında “xarici agent” kimi tanınıb. Onunla bağlı, həmçinin nasizmin reabilitasiyası da araşdırılır. İstintaq müəyyən edib ki, Əsgərov aprelin 6-dan gec olmayaraq özünün “Facebook” səhifəsində marşal Georgi Jukovu təhqir edən və gözdən salan qəsdən yalan məlumatlar dərc edib.Qeyd edək ki, Əsgərov federal axtarışdadır.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin