Dünya

“Qarabağ ermənilərinin bəzilərinin yalnız soyadlarını Ermənistana vermişik” – Azərbaycanın Ankaradakı səfiri

“Ermənilərin dediyinə görə, Qarabağda 120 min erməni var, bizim hesablamalarımıza görə ondan dəfələrlə azdır. 20 minə yaxın insan miqrasiya edərək Ermənistan sərhədinə çatıb. Qalanları Azərbaycandadır”.

“Unikal” xəbər verir ki, bunu CNN Türkün qonağı olan Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov deyib.

“Bu gün artıq bəzi ermənilərin öz vətənlərinə köç etdiyinin şahidi oluruq. Hətta mətbuat mənsubları belə bu insanlara “niyə burdan gedirsən?” sualını verirlər. Heç biri “bizi buradan qovurlar” demir. Biz onların bəzilərinin yalnız soyadlarını Ermənistana vermişik, onların təslim olmasını istəyirik. 300 nəfərlik siyahı. Onlar həm də 1-ci Qarabağ müharibəsi zamanı soyqırıma cəhd etmiş, hərbi cinayətlər törətmiş şəxslərdir. Onlardan biri bu gün yolu keçərkən tutularaq Bakıya göndərilib. O, Azərbaycan qanunlarına uyğun olaraq mühakimə olunacaq”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin