Hadisə

Zaqatalada minik avtomobilləri toqquşub,  xəsarət alanlar  var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. 

“Unikal” xəbər verir ki, hadisə axşam saatlarında rayonun  Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ 21015” və  “VAZ 2109” markalı minik avtomobilləri toqquşub.

Nəticədə  “VAZ 21015” markalı avtomobildə olan sərnişin – 1969-cu il təvəllüdlü Mirvari Səfa qızı Abbasova və “VAZ 2109” markalı avtomobilin sürücüsü – 1990-cı il təvəllüdlü İdris Əşrəfəddin oğlu Şabanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.