Dünya

Hikmət Çətin İlham Əliyevi təbrik etdi

1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident!
Qarabağ probleminin sülh yolu ilə həlli üçün 30 il gözlədikdən sonra məcburən müharibə edərək qalib gəldiniz. Böyük Zəfər qazanmağınız münasibətilə Sizi bir daha təbrik edirəm. Təəssüf ki, beynəlxalq aləmdə haqlı olmaq problemi həll etmir. Hərbi sahədə güclü olmaq lazımdır. Güclü olan haqlıdır. Siz Qarabağda bunu sübut etdiniz, güclü oldunuz və qalib gəldiniz.
Bu yaxınlarda Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olanlara Allahdan rəhmət, onların ailələrinə səbir diləyirəm.
Cənab Prezident, fürsətdən istifadə edərək onu da bildirirəm ki, sentyabrın 20-21-də Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XXVI toplantısı uğurla keçdi. Nailiyyətlərin davamlı olmasını arzu edirəm.
Sizə cansağlığı arzulayır, dərin ehtiramımı bildirirəm”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin