Dünya

“Paşinyan və İlham Əliyevin görüşündə ciddi qərarlar qəbul edilə bilər” – KİV

“Oktyabrın 5-də Qranadada Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş planlaşdırılır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 26-da mümkün görüş barəsində Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə danışıqlar apardı”.Bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat dərc edib. Nəşr bildirir ki, Ermənistan və Azərbaycan rəsmilərinin müzakirəsi, əsasən liderlərin görüşü barədə olub: “Görüş həmçinin iştirakçılara 5 oktyabr 2023-cü il tarixində Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşü ilə bağlı fikir mübadiləsi aparmaq imkanı verib. Və həmin görüşdə qeyd olunub ki, Ermənistan və Azərbaycan münasibətlərin normallaşmasına yönəlmiş səyləri davam etdirmək üçün Qranada mümkün görüşdən istifadə etməkdə maraqlıdırlar. Oktyabrın 5-də keçiriləcək görüşdə sərhədlərin demarkasiyası, təhlükəsizlik, kommunikasiyalar, humanitar məsələlər və sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Üstəlik qeyd olunur ki, nizamlanma prosesinin bütün istiqamətləri üzrə aydın hərəkətlərə və qəti kompromis həll yollarına ehtiyac var. Yəni oktyabrın 5-də gözlənilən liderlərin görüşündə ciddi qərarlar qəbul edilə bilər”.Qeyd edək ki, ölkə liderlərinin görüşü İspaniyanın Qranada şəhərində baş tutacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin