Cəmiyyət

Qarabağı tərk edən ermənilərin sayı 70 mini ötdü – YENİLƏNİB

Qarabağdan Ermənistana köçənlərin sayı 70 500 nəfərə çatıb. 
Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib. 
O, qeyd edib ki, bu, 28 sentyabr saat 14:00-a olan məlumatdır. 

Bu gün səhər saat 10:00-a olan məlumata görə, Qarabağı tərk edən ermənilərin ümumi sayı 66500 nəfərdir.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın müavini Tiqran Xaçatryan hökumətin bu gün keçirilən iclasında deyib.
“Biz hər hansı ehtiyacla bağlı müvafiq orqanlarımıza müraciət edən şəxslərin müəyyən edilməsi üzərində işləyirik”, – deyə Xaçatryan qeyd edib. 

Qarabağdan könüllü şəkildə köçən ermənilərin sayı 65 min nəfəri keçib. 
Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkə hesabında yazıb. 
Onun sözlərinə görə, sentyabrın 28-i səhər saat 08.00-a olan məlumata görə, 65 036 nəfər Laçın dəhlizindən keçərək Ermənistana daxil olub. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər