Cəmiyyət

“Söyüdlüdə fəaliyyət göstərən şirkət pozuntu hallarının olduğunu etiraf edib” – Nazir

Gədəbəy rayonunun Söyüdlü kəndində fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”(AIMC) bütün tövsiyələri, monitorinq nəticələrini qəbul edib və pozuntu hallarının olduğunu etiraf edib.”Unikal” xəbər verir ki, bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev “Micon” Beynəlxalq Monitorinq Şirkətinin Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri ilə görüşdə deyib.O bildirib ki, qısa və uzunmüddətli tədbirlər görüləndən sonra burada yüksək texnologiyalara malik müəssisə yaradıla bilər: “Şirkət tərəfindən mövcud gölün 2,4 metr artırılması təklif edilib. Fəaliyyətin davam etdirilməsi üçün gölün həcmi artırılmalıdır. Bu, imkan verəcək ki, şirkət bir il ərzində işini davam etdirsin və digər texnologiyalara keçid etsin. Dövlət tərəfindən bunun üçün fürsət yaradıla bilər. Lakin pozuntular mərhələli şəkildə aradan qaldırıla bilər”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər