Dünya

Karib dənizinin məşhur qulduru türk imiş

Hollivud istehsalı olan “Karib dənizinin quldurları” filmini yəqin ki, seyr etməyən az adam tapılar. Bu filmin baş qəhrəmanı Cek Sərçə (Jack Sparrow) obrazının prototipinin türk olduğunu isə hamı bilmir.  
Lent.az bu məşhur film barədə maraqlı bir faktı təqdim edir.
Coni Deppin canlandırdığı Karib qulduru obrazına diqqət yetirsək, onun qulağında qədim Osmanlı tanası, yəni sırğanın olduğunu görmək olar. Tananın üzərində qədim türk bayrağı və Osmanlı tuğu həkk olunub.
Qədim türklərdə yalnız bir qulağa taxılan sırğaya tana deyirdilər. Tananı qəhrəmanlıqla ad çıxarmış igidlər taxardılar. Bu fərqləndirici nişan sayılırdı. Yeri gəlmişkən tana  sözü sırğa mənasında indi də bir çox bölgələrimizdə istifadə olunur.
Filmin rejissoru Qor Verbinski türk tarixini çox yaxşı bilən, Osmanlı padşahlarının heyranı olan  araşdırmaçıdır.
O, Osmanlı tarixini araşdırarkən, orta əsrlərdə yaşamış qəhrəman dənizçi Yunus kapitanın hekayəsindən ilhamlanaraq Cek Sərçə obrazını yaradıb. Yunus kapitanı xatırladan o tananı da obrazın aksessuarlarına rejissor özü əlavə edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin