Dünya

“Taliban” nümayəndə heyəti Rusiyaya getdi

“Taliban” nümayəndə heyəti Əfqanıstanla bağlı danışıqlar aparmaq üçün Rusiyanın Kazan şəhərinə gəlib. 

“Unikal” rus mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinə müvəqqəti hökumətdə xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi rəhbərlik edir.

Görüşdə Əfqanıstandakı mövcud vəziyyət, əfqandaxili barışıq və ölkənin yenidən qurulması məsələlərinin müzakirə olunacağı gözlənilir.

Əfqanıstan münaqişəsinin həlli üzrə “Moskva formatı”nın ilk iclası 2017-ci ilin aprelində keçirilib.  Tədbirdə Rusiya Federasiyası və Əfqanıstanın nümayəndələri ilə yanaşı, digər doqquz ölkənin xarici işlər nazirlərinin müavinləri və xüsusi nümayəndələri də iştirak ediblər.

“Moskva formatı”nın əsas məqsədi Əfqanıstanda milli barışıq və sülh prosesini təşviq etməkdir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin