Hadisə

Avtomobili saxlayan yol polisi bıçaqlandı

Türkiyədə polis bıçaqlanıb.
Yerli media bildirir ki, hadisə Aydın şəhəri Efeler qəsəbəsində baş verib. Motosikletlə xidmət aparan yol polisləri şübhələndikləri avtomobilə “saxla” əmri versələr də, sürücü tabe olmayıb. Belə olduğu halda polislər maşını təqib etməyə başlayıblar.
Nəticədə avtomobil Kocagür məhəlləsində saxlanılıb. Bu zaman şübhəlilər qaçmağa başlayıb. Onlardan biri polis əməkdaşı N.H.T.-nı bıçaqlayıb. Yaralı polis xəstəxanaya yerləşdirilib və həyati təhlükəsi olmadığı bildirilir.
Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb. Olay zamanı orada olan A.T. də gizləndiyi evdə saxlanılaraq, istintaqa təhvil verilib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.