Dünya

“Baykar” Ukraynada zavodun tikintisinə 100 milyon dollar sərmayə qoyub

Türkiyədəki səfir Vasili Bodnar ötən ilin avqustunda “Baykar”ın Ukraynada Bayraktar hücum pilotsuz təyyarələri istehsal edəcək zavod tikəcəyini bildirmişdi.
“Unikal”
 xəbər verir ki, Türkiyənin “Baykar” şirkəti Ukraynada İHA istehsalı zavodunun tikintisinə təxminən 100 milyon dollar sərmayə qoyur. Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar Kiyevdə keçirilən beynəlxalq müdafiə sənayesi forumunda bildirib.
“Biz təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırırıq və proses artıq başlayıb. Artıq tikintiyə start verilib. Tamamlanması təxminən 1,5 il çəkəcək”, – Bayraktar bildirib.
Qeyd edək ki, Türkiyədəki səfir Vasili Bodnar ötən ilin avqustunda Baykar şirkətinin Ukraynada Bayraktar hücum dronlarının istehsalı üçün zavod tikəcəyini və bunun üçün artıq torpaq sahəsi aldığını bildirmişdi.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin