Hadisə

İnsan alverçisi olan erməni və quldar HƏBS EDİLDİ – FOTO

Stavropol vilayətində 71 yaşlı Vasili Yurinə bağbanlıq üçün satılan 29 yaşlı oğlan köləlikdən azad edilib.
Rusiya mediası bildirir ki, qul sahibi köməkçilər axtarıb və Armen Akopyana güclü bir adam tapmaqla bağlı müraciət edib. O, tapdığı işçini 12 min rubla (təxminən 210 manata) Yurinə satıb.
Vasili Yurin həmçinin digər vasitəçilərin köməyilə 43 yaşlı kişi və 48 yaşlı qadını 8 min rubla (təxminən 140 manat) köləliyə alıb. Sonra 54 yaşlı kişiyə görə 15 min rubl (təxminən 262 manat) ödəməyə çalışıb. Lakin polislər sövdələşmənin qarşısını alıb.
Yurin hazırda ev dustaqlığındadır. Ona və Akopyana qarşı Rusiya Cinayət Məcəlləsinin 127-1-ci (“Mütəşəkkil dəstə tərəfindən insan alveri”) maddəsi ilə cinayət işi açılıb. Həmçinin Yurinin digər köməkçisi İvanın da hazırda həbsdə olduğu bildirilir.

Armen Akopyan

Qul kimi alınan 29 yaşlı oğlan

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.