Dünya

Putin Priqojinin keçmiş köməkçisinə yeni vəzifə verdi

Rusiya prezidenti Vladimir Putin “Vaqner Qrupu”nun keçmiş köməkçisinə yeni vəzifə verib.
Kremldən verilən açıqlamada Ukraynada könüllü əsgərlərin koordinasiyası üçün “Vaqner” Qrupunun rəhbəri Yevgeni Priqojinin keçmiş müavini Andrey seçilib.
Kremlin bəyanatına görə, Putin Troşevə deyib ki, onun vəzifəsi “ilk növbədə Ukraynadakı müharibəyə aid olan xüsusi hərbi əməliyyatlar zonasında müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməyə qadir könüllü birləşmələrin yaradılması ilə məşğul olmaqdır”.
Keçmiş polkovnik olan Troşev əvvəllər Rusiya ordusunda Əfqanıstan, Çeçenistan və Suriyada xidmət edib. 
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Troşev hələ də Müdafiə Nazirliyində işləyir.
 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin