Hadisə

Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ

Dağıstanın İzberbaş şəhərində Daxili İşlər Nazirliyinin 58 yaşlı keçmiş əməkdaşı 16 yaşlı yeniyetməni güllələyib.
Rusiya mediası bildirir ki, təqaüdə çıxan polis yanacaqdoldurma məntəqəsində işləyir. Onun güllələdiyi yeniyetmə də 2023-cü ilin yayından yanacaqdoldurma məntəqəsində yarım  iş günü çalışır.
İki yanacaqdoldurma məntəqəsinin işçisi arasında münaqişə baş verib. Bildirilir ki, keçmiş polis əməkdaşı təlxək kimi rəqs edən, telefonunu çıxarıb borc pul istəyən həmkarının davranışından bezib. Kişi pnevmatik tapançanı götürərək yeniyetməyə tuşlayıb və atəş açıb.
Nəticədə yeniyetmə ağciyərinin deşilməsi ilə xəstəxanaya yerləşdirilib. Təqaüdçü atəşi təsadüfən açdığını iddia edir. Həmin şəxsə qarşı cinayət işi açılıb.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.