Hadisə

Şəhid Vüsal Orucov Qusarda dəfn olundu – YENİLƏNİB (FOTO)

Şəhid hərbi qulluqçumuz Vüsal Orucov dəfn olunub.
Onun nəşi Qusar rayonunun Suvacal kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ötən gün Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər Vüsal Orucovun nəşi doğulduğu Qusar rayonunun Suvacal kəndinə gətirilib.
Hazırda şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir.
2005-ci il təvəllüdlü Vüsal Orucov 11 aprel 2023-cü ildə hərbi xidmətə yollanıb. Ailədə 3 bacı, 3 qardaşdırlar.
Qeyd edək ki, sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
Nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

Şəhid Vüsal Orucov Qusarda dəfn olundu - YENİLƏNİB (FOTO)Şəhid Vüsal Orucov Qusarda dəfn olundu - YENİLƏNİB (FOTO)

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.