Cəmiyyət

Vahid Ələkbərovun sərvəti 6,4 milyard dollar artıb

2023-cü ilin əvvəlindən rusiyalı milyarderlər kəskin şəkildə varlanıblar.
“Bloomberg Billionaires Index”in məlumatına görə, onların sərvəti doqquz ayda 21,13 milyard dollar artıb. 
Məlumata görə, sözügedən biznesmenlər arasında sərvətini ilin əvvəlindən ən çox artıran “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərov olub. Belə ki, onun sərvəti 6,4 milyard dollar artaraq 21,8 milyard dollar təşkil edib. 
Sərvətini ən çox artıran digər biznesmen isə “Novolipetsk” Dəmir və Polad Zavodunun (NLMK) direktorlar şurasının sədri Vladimir Lisin olub. Lisinin sərvəti ilin əvvəlindən 3,42 milyard dollar artaraq 23,3 milyard dollara çatıb. Ən varlı üçüncü rus iş adamı, Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 3,04 milyard dollar qazanıb, sərvəti 16,2 milyard dollara yüksəlib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər